Komandamıza Daxili Nəzarət üzrə Aparıcı Mütəxəssis axtarırıq!
Risklərin idarə olunması, daxili nəzarət mexanizmlərinin qurulması və biznes proseslərinin təkmilləşdirilməsində təcrübəniz varsa — sizi gözləyirik!
Vəzifə öhdəlikləri:
• Biznes prosesləri üzrə daxili nəzarət mexanizmlərinin qurulması və monitorinqi
• Risk əsaslı yanaşma ilə risk və nəzarət boşluqlarının müəyyən edilməsi (RACM)
• Mövcud nəzarətlərin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirmə tövsiyələri
• Nəzarət testlərinin aparılması və nəticələrin sənədləşdirilməsi
• Nəzarət mədəniyyətinin formalaşdırılması və struktur bölmələrlə əməkdaşlıq
• Rəhbərlik üçün risk və nəzarət hesabatlarının hazırlanması
Tələb olunan bilik və bacarıqlar:
• Daxili nəzarət, risk idarəetməsi və ya audit sahəsində 2–3 il iş təcrübəsi
• COSO Internal Control & COSO ERM üzrə biliklər
• Proses, risk və nəzarət təhlili bacarığı
• Analitik düşünmə və detallara diqqət
• Hesabatların hazırlanması və təqdimat bacarığı
• Azərbaycan dili – səlis, ingilis dili üstünlükdür
• Effektiv ünsiyyət və konfidensial məlumatlarla işləmə bacarığı
Biz nə təklif edirik?
Həftədə 5 iş günü (İstirahət günləri: şənbə, bazar)
Peşəkar inkişaf üçün perspektiv
Əmək haqqı müsahibə əsasında müəyyən edilir
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.