“PAŞA Sığorta” ASC namizədləri Debitorlar hesablaşmalarına nəzarət üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Vəzifə və Öhdəliklər:

 

· Sığorta müqavilələri üzrə sığorta haqqlarının izlənməsi və ödənilməsinin təmin edilməsi;

 

· Müştərilərin borclar barədə ətraflı məlumatlandırılması və sənədlərlə təmin olunması;

 

· Debitor borcların araşdırılması və yaranma səbəblərin təyin edilməsi;

 

· Əsassız məbləğlərin müvafiq sığorta şəhadətnamələrinə və ya hesablara yönləndirilməsi;

 

· Müştərilərə keyfiyyətli xidmət göstərilməsi, ehtiyac yaranarsa işgüzar görüşlərdə iştirak edilməsi;

 

· Birbaşa rəhbərin tapşırığına əsasən, vəzifə təlimatında qeyd olunmamış, Şirkət üçün faydalı ola biləcək işləri icra etmək.

 

Biliklər:

 

· Ali təhsil: Maliyyə və kredit, Risk, İqtisadiyyat, mühasibat uçotu və ya oxşar sahə üzrə;

 

· Təcrübə: Sığorta, maliyyə, bank və ya müştəri xidmətləri sahəsində 1 il arzuolunandır;

 

· Dil bilikləri: Azərbaycan dili üzrə səlis yazılı və şifahi biliklər, yaxşı səviyyədə ingilis və rus dili;

 

· Kompyuter bilikləri: MS Office (Excel, Word, PowerPoint) proqramları üzrə biliklər;

 

· ACCA(F3) - arzuolunandır.

 

Bacarıqlar:

 

· Komandada işləmək və mükəmməl kommunikasiya bacarığı;

 

· Səlis danışıq qabiliyyəti;

 

· Vaxt idarəetmə bacarığı;

 

· Məlumatların məxfiliyinin qorunub saxlanılması;

 

· Detallara diqqət və analitik bacarıqlar;

 

· Təşəbbüskarlıq;

 

· İş prosesində yaranan problemə çevik reaksiya vermək bacarığı;

 

· Stres altında işləmək qabiliyyəti.

 

Son müraciət tarixi: 22.06.2025

 

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.