"DEEP TECH" inkubasiya proqramına qeydiyyat başladı
DEEP TECH İnkubasiya proqramı— İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Startup və TTO Şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən proqramdır. Layihə, tələbələrin texnoloji və innovativ ideyalarının inkişaf etdirilməsini, onları real məhsul və xidmətlərə çevirməyi hədəfləyir.
Proqramın əsas məqsədi gənclərin yaradıcılıq və texnoloji potensialını üzə çıxarmaq, onların ideyalarını prototip və minimal işlək məhsul (MVP) mərhələsinə gətirməkdir.
İştirakçılar proqram çərçivəsində intensiv təlimlərdə iştirak edir, fərdi və qrup mentor dəstəyi alır, həmçinin komanda quruculuğu, bazar və rəqib analizi, maliyyə planlaşdırması, təqdimat və pitch bacarıqları üzrə biliklərini təkmilləşdirirlər.
Seçim mərhələsində iştirakçılar ideyanın yeniliyi və texnoloji dəyəri, problemin düzgün müəyyənləşdirilməsi, komanda əməkdaşlığı və liderlik bacarıqları, motivasiya və proqram məqsədlərinə uyğunluğu meyarları üzrə qiymətləndiriləcək.
Proqramın sonunda seçilmiş komandalar öz layihələrini Pitch Day və Demo Day tədbirlərində təqdim edəcək, münsiflər heyətinin qiymətləndirməsi nəticəsində mükafat qazanmaq imkanı əldə edəcəklər.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) qeydiyyat forması vasitəsilə toplanan məlumatların itirilməsi və ya sızması ilə bağlı heç bir məsuliyyət daşımır. Toplanan məlumatların təhlükəsizliyi və məxfiliyinin təmin edilməsi üzrə məsuliyyət formu yaradan/dolduran/idarə edən təşkilat və ya quruma (şəxsə) aiddir. İRİA toplanmış məlumatların sui-istifadəsi və ya icazəsiz əldə olunması nəticəsində yaranan hər hansı nəticələrə görə məsuliyyət daşımır.
Son qeydiyyat tarixi: 20 noyabr