DeepTech İnkubasiya Proqramı
DeepTech sahəsində ideyanız var? Bu ideyanı inkubasiya mərhələsinə daşımağın tam vaxtıdır!
Agentliyimizin təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Startap və TTO bölməsi tərəfindən həyata keçirilən DeepTech İnkubasiya Proqramına müraciətlər başladı.
Kimlər müraciət edə bilər?
Bütün universitetlərdən bakalavr, magistr və doktorantura səviyyəsində təhsil alan tələbələr və gənc tədqiqatçılar.
İstiqamətlər:
Biotexnologiya, Kvant Texnologiyaları, Qabaqcıl Materiallar və Nanotexnologiya, Təmiz Enerji və İqlim Texnologiyaları, Robototexnika və Avtomatlaşdırma, Kosmik və Aerokosmik Texnologiyalar və digər DeepTech sahələri.
Qeyd edək ki, proqramın sonunda 3 qalib komanda pul mükafatı əldə edəcək.
Son müraciət tarixi: 6 fevral
Qeydiyyatdan keçmək üçün link aşağıdadır: