Dijital Marketinq üzrə təcrübəçi vakansiyası

İş barədə məlumat:

● Sosial media hesablarının (Instagram, TikTok, Facebook və s.) idarə olunmasında

marketinq komandasına dəstək vermək;

● Kontent ideyalarının hazırlanması, paylaşım planlarının tərtibində iştirak etmək;

● Reels və digər video kontentlərin çəkilişi və montajında aktiv rol almaq;

● Akademiyanın brend tonuna uyğun kreativ kontentlərin hazırlanmasında iştirak;

● SMM strategiyalarının icrasını izləmək və hesabatlarda köməklik göstərmək.

İş şərtləri:

● Təcrübə müddəti: 3 ay;

● İş qrafiki: 5 günlük, həftə içi (part-time və ya full-time format mümkündür);

● Təcrübə ödənişlidir

● İş mühiti: dinamik, öyrənməyə açıq, gənc və yaradıcı komanda;

● İş yeri: Div Academy, Elmlər filialı

Namizədə dair tələblər:

● Rəqəmsal marketinq və sosial media sahəsinə maraqlı olmaq;

● SMM bacarıqlarına malik olmaq (kontent planlama, trendləri izləmə və analiz etmə);

● Reels və qısa video hazırlama bacarığı (ideya, çəkiliş, montaj);

● CapCut, Canva və ya digər montaj proqramlarında işləmə bacarığı;

● Kreativ düşüncə tərzi və komanda ilə işləmək bacarığı;

● Aktiv, məsuliyyətli və təşəbbüskar olmaq.

Müraciət üçün CV və portfolio faylınızı [email protected] mail ünvanına göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.