Araz Supermarketlərşəbəkəsi“Direktor köməkçisi”vakansiyası üzrə işə qəbul elan edir!
Tələblər :
-Ali təhsil;
-İş təcrübəsi müvafiq sahədə ən azı 2 il;
-Yüksək səviyyədə MS Office bilikləri;
-Dil bilikləri ( Rus, İngilis dili səlis);
-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
-Komandada işləmə, ünsiyyət bacarıqlarının olması.
Vəzifə öhdəlikləri :
-Rəhbərin qəbulunda olmaq üçün müraciət edən şirkət əməkdaşlarının, iş adamlarının, qonaqların qeydiyyatını aparmaq və direktorun qəbul cədvəlini hazırlamaq;
- Şirkət rəhbərliyinə ünvanlanmış bütün sənədlərlə tanış olub, icrası aid olan aidiyyatı struktur bölmə rəhbərinə yönləndirmək;
-Tələblərə cavab verən sənədləri vaxtlı-vaxtında rəhbərə çatdırmaq;
- Rəhbərin ölkədə və ya xaricdə keçiriləcək seminarlara, treninqlərə, s��rgilərə və ya hər hansı bir toplantıya dəvətnamə və şifahi dəvət olunduğu barədə dəqiq məlumat toplamaq, təhlil etmək və nəticələr barədə rəhbəri məlumatlandırmaq;
- Rəhbərə lazım olan müvafiq məlumatların operativ olaraq aidiyyatı struktur bölmələrindən toplanmasınıtəşkil edib bu sənədləri vaxtında rəhbərliyə təqdim etmək;
-Görüş təyin olunmuş qonaqlar və əməkdaşlara əvvəlcədən müvafiq qaydalar (reqlament) barədə məlumat vermək və ona riayət etmələrini xahiş etmək.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Direktor köməkçisi” adını mövzu hissəsində qeyd etməklə Cv formalarını[email protected]elektron poçt ünvanına göndərə bilərlər.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.