Veyseloglu Group of Companies "Direktor Köməkçisi" vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
- Direktorun iş qrafikinin hazırlanması və idarə olunması;
- Görüşlərin, iclasların və səfərlərin təşkili;
- Telefon zənglərinin, məktubların və elektron yazışmaların idarə olunması;
- Rəsmi sənədlərin vaxtında və düzgün hazırlanmasına nəzarət;
- İclas gündəliklərinin hazırlanması və yayılması;
- Qonaqların qarşılanması və görüşlər üçün müvafiq şəraitin yaradılması;
- Məlumatların düzgün və vaxtında ötürülməsi;
- Şirkətin daxili və xarici imicinə uyğun ünsiyyətin təmin edilməsi;
- Direktorun şəxsi və işgüzar məlumatlarının məxfiliyinin qorunması.
- Rəhbərin ezamiyyət və digər səfərləri ilə bağlı texniki (viza alınması, bilet, mehmanxanada otaq sifarişi və s.) məsələləri qabaqcadan həll edilməsi.
Tələblər:
- Ali təhsil (əsasən idarəetmə, biznesin təşkili sahəsində);
- Ofis proqramlarını (MS Office, ESD və s.) yüksək səviyyədə bilmək;
- Rəsmi yazışma qaydalarını bilmək;
- Oxşar vəzifədə və ya inzibati işlərdə ən azı 1 il təcrübə;
- Güclü yazılı və şifahi ünsiyyət qabiliyyəti;
- Tapşırıqları prioritetləşdirmək və eyni anda bir neçə işi idarə etmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət:
İş şərtləri:
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftəiçi)
- Nahar: Təmin edilir
- Servis xidməti mövcuddur
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Direktor köməkçisi” yazmaqla, öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.