Bakı metropolitenində dispetçer qatarlara düzgün və vaxtında istiqamət verməklə, minlərlə sərnişinin təhlükəsiz və rahat şəkildə mənzilbaşına çatdırılmasında mühüm rolu olan məsuliyyətli bir vəzifədir. Odur ki, sizi gələcək karyeranızı dispetçer olaraq qurmaq üçün təcrübə proqramımıza qoşulmağa dəvət edirik!

 

Proqram sizə nə qazandıracaq

 

6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim

Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi

Təcrübə dövründə aylıq əməkhaqqı

Təcrübənin sonunda davamlı işə qəbul imkanı

Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı

 

Biz kimləri axtarırıq

 

Cinsindən asılı olmayaraq, yaşı  22-35 arası olan gənclər

Təhsili elektroenergetika, avtomatika və mühəndis-texniki qurğular üzrə olan məzunlar

 

Seçim prosesi necə aparılır

 

İxtisas üzrə test imtahanı

Ətraflı müsahibə

Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

 

Metropoliten sizə nə vəd edir?

Nahar (güzəştli)

Metropolitendən ödənişsiz istifadə

 

Müraciət üçün Bakı Metropoliteninin [email protected]e-mail ünvanına "dispetçer" başlığını qeyd etməklə CV göndərə bilərsiniz.

 

Müraciət üçün son tarix: 31 avqust 2025

 

Uğurlar!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.