Komandamıza qoşulmaq və bizim ilə birlikdə böyümək istəyirsinizsə CV-nizi mövzu hissəsində “Dispetçer” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.

 

Daha ətraflı 

Əsas vəzifələr:

* Nəqliyyat vasitələrinin gündəlik texniki vəziyyətinə nəzarət;

* Nasazlıqların ilkin diaqnostikası və operativ tədbirlərin görülməsi;

* Yanacaq sərfiyyatı, yağ dəyişimi və texniki servis intervallarının izlənməsi;

* Optimal marşrutların müəyyənləşdirilməsi və nəqliyyat bölgüsünün təşkili;

* Yüklərin prioriteti və çatdırılma müddətlərinin planlaşdırılması;

* Sürücülərlə operativ əlaqənin və tapşırıqların koordinasiyasının təmin edilməsi;

* Gecikmə və fövqəladə hallarda operativ qərarların qəbul edilməsi;

* Nəqliyyat sənədlərinin düzgün idarə olunması və gündəlik hesabatların hazırlanması.

 

Tələblər:

* Orta ixtisas və ya ali təhsil;

* Avtomobil nəqliyyatı, logistika və ya mexanika sahəsində minimum 2 il iş təcrübəsi;

* ERP və MS Office bilikləri;

* GPS izləmə sistemləri ilə işləmə təcrübəsi;

* Yol hərəkəti və yükdaşıma standartları haqqında bilik;

* Analitik düşüncə, operativ qərarvermə və komandada işləmə bacarığı;

* Stressə davamlılıq və məsuliyyətlilik.

 

İş şərtləri:

* İş qrafiki: 6 iş günü;

* İş yeri: Ziya Bünyadov pr. 3105;

* Rəqabətli əməkhaqqı;

* Peşəkar komanda mühiti;

* Şirkət hesabına korporativ nömrə.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.