Dövlət İmtahan Mərkəzinin Maliyyə departamenti, İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir.
Əmək funksiyaları
Gündəlik maliyyə əməliyyatlarının uçotunun aparılması;
Hesab-fakturaların, qaimələrin və digər mühasibat sənədlərinin hazırlanması və sistemə daxil edilməsi;
Alış və satış əməliyyatlarının mühasibat proqramında düzgün əks etdirilməsi;
Mühasibat sənədlərinin arxivləşdirilməsi və qaydaya salınması;
Xəzinədarlıq üzrə əməliyyatların icra edilməsi;
Mülki müqavilələr üzrə sosial ayırmalar və vergilərin hesablanıb tutulması;
Debitor borcların və verilmiş avansların yoxlanılması;
Kreditor borcların və alınmış avansların yoxlanılması;
Aylıq hesabatların hazırlanmasında iştirak etmək;
Mühasibat proqramında uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin düzgün aparılması;
Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
Rəhbərlik, departament müdiri və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.
Tələb olunan bilik və bacarıqlar
Ali təhsil: Maliyyə və ya mühasibat ixtisasları üzrə ali təhsil;
Staj: minimum 2 il;
1C 8.3, MS Windows və MS Office üzrə yüksək səviyyədə istifadə bacarıqları, o cümlədən bulud texnologiyaları ilə iş təcrübəsi;
Uçot və analitik proqram təminatları ilə iş təcrübəsi;
Azərbaycan dili-yüksək səviyyə, ingilis dili və rus dili-B1;
Detallara diqqət, məsuliyyətlilik, vaxtın effektiv idarə edilməsi, komanda ilə işləmə bacarığı, intizamlılıq, nəticəyönümlülük və stresin idarə edilməsi.
Müraciət qaydası
Vakansiyaya 19 may 2026-cı il tarixinədək linkinə keçid edərək və “Maliyyə-məsləhətçi” vakansiya adını seçərək müraciət edə bilərsiniz.