Dövlət sektoru liderləri və innovatorları üçün ödənişsiz süni intellekt kursları
ASAN AI HUB, "Apolitical, Government AI Campus" ilə tərəfdaşlıq çərçivəsində dövlət sektoru üçün xüsusi olaraq hazırlanmış 7 ödənişsiz, vaxta görə tənzimlənə bilən süni intellekt kursları təqdim edir.
Bu kurslar "Stanford Institute for Human-Centered Artificial Intelligence (HAI)" və "SDA Bocconi University" kimi nüfuzlu institutlar tərəfindən hazırlanıb və aşağıdakı mühüm mövzuları əhatə edir:
- Dövlət idarəçiliyində süni intellekt liderliyi: Etimadın qurulması, bacarıqların inkişafı və innovativ mədəniyyətin formalaşdırılması
- Süni intellekt ilə daha ağıllı satınalma prosesləri
- Dövlət siyasətinin formalaşdırılması və ictimai xidmətlərdə süni intellektin digər praktiki tətbiqləri və digər.
İndi qoşulun: https://asanhub.ai/courses
Özünüzə uyğun vaxtda öyrənin və kursu tamamladıqdan sonra beynəlxalq səviyyədə tanınan sertifikat əldə edin.
Dövlət idarəçiliyinin gələcəyi üçün süni intellekt liderliyi bacarıqlarınızı gücləndirmək istəyirsinizsə, ilk qoşulanlar sırasında yer alın.