Dünya Azərbaycanlıları Gənclər Təşkilatı III Könüllü–Təcrübə Proqramını elan edir! 

 

Əgər sən də bu sahələrə maraq göstərir və peşəkar mühitdə bacarıqlarını daha da təkmilləşdirmək istəyirsənsə, bu proqram tam sənlikdir! Ən əsası, təcrübəni uğurla başa vuran gənclər üçün isə əla fürsətlər yaradılacaq.

 

 Təcrübədə sən:

• Sosial bacarıqlarını inkişaf etdirəcək;

• Yeni dostluqların təməlini qoyacaq;

• Tətbiq ediləcək KPI-lara (Key Performance Indicators) əsasən, proqramın sonunda ən aktiv iki təcrübəçiyə xaricdə beynəlxalq tədbirdə iştirak üçün fürsət yaradılacaq;

• Digər təcrübəçilər isə uğurlu göstəricilərə sahib olduqları təqdirdə aidiyyəti sahələr üzrə qurum və təşkilatlara təcrübəyə yönləndirilmək fürsətindən faydalana biləcəklər.

 

Qeyd: Təcrübəni uğurla başa vuran hər bir gənc üçün rəsmi diplom və tövsiyə məktubları təqdim olunacaqdır

 

 Seçilmə mərhələləri:

Qeydiyyat linki vasitəsilə müraciət;

Uğurlu müraciət edənlərin müsahibəyə dəvəti;

Müsahibədən keçənlərin qrup müsahibəsinə qatılması;

Seçilən gənclərin təcrübəyə başlaması.

 

 İndi müraciət et və bu fürsəti qaçırma!

Müraciət et

 

Son tarix: 20 sentyabr, 2025-ci il, saat 23:00.

Edumap.az Telegram kanalı

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.