Vəzifə: E-kommers üzrə mütəxəssis
Tələblər:
Ali təhsil (əczaçılıq, tibb, biologiya, kimya və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (e-kommers, onlayn satış və ya rəqəmsal kanallar üzrə);
E-kommers prosesləri ilə yanaşı dərman və tibbi məhsullar üzrə əsas biliklər;
Məhsulların qeydiyyat statusu, reseptlə və ya reseptsiz satışı, istifadə sahəsi və məhdudiyyətləri barədə anlayış;
Rəqəmsal marketinq alətləri üzrə biliklər (Sosial media və affiliate marketinq — üstünlükdür);
E-kommers layihələrinin planlanması və icrasında təcrübə;
Məhsul, qiymət və satış analizi aparmaq bacarığı;
Analitik düşüncə tərzi, yüksək məsuliyyət, stressə davamlılıq;
Komanda ilə işləmək və nəticəyönümlü yanaşma.
Vəzifə öhdəlikləri:
· Şirkətə məxsus e-kommers platformasında yerləşdirilən məhsulların tibbi və regulyativ tələblərə uyğunluğuna nəzarət;
· Məhsulların qeydiyyatlı olub-olmaması, resept statusu və təsvirlərinin düzgünlüyünün təmin edilməsi;
· E-kommers platformasının gündəlik idarə olunması və optimizasiyası;
· Onlayn satışların artırılması məqsədilə kampaniyaların planlanması və icrası (mövcud qanunvericilik çərçivəsində);
· Məhsul, kampaniya və satış performansının təhlili, nəticələrə əsaslanan təkliflərin hazırlanması;
· Partnyorlarla (marketplace, texniki tərəfdaşlar və s.) əməkdaşlıq və proseslərə nəzarət
· Sosial media və digər rəqəmsal kanallarda e-kommers fəaliyyətinin tibbi və etik qaydalara uyğunluğunun təmin edilməsi;
· E-kommers fəaliyyəti üzrə mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
İş şəraiti:
İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küç., 93);
5/7 iş qrafiki, iş vaxtı: 09:00 - 18:00;
Nahar şirkət tərəfindən təmin olunur;
Tibbi sığorta;
Peşəkar təlim və inkişaf imkanları;
Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici iş mühiti;
Əmək haqqı müsahibə əsasında müəyyən olunur.
Qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “E-kommers üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.