Qlobal E-ticarət Üzrə Dəyirmi Masa
Amazon.com və eBay-də necə uğurla satmaq olar? Hesabların bloklanmasından necə qorunmalı? Payoneer ilə ödənişləri necə qəbul etməli? Bütün bu sualların cavabını və e-ticarətdə rəqəmsal marketinq, logistika həllərini birbaşa beynəlxalq ekspertlərdən öyrənin!
İİTKM-in operatoru olduğu Azexport.az portalı sahibkarlar üçün praktiki müzakirə formatında dəyirmi masa təşkil edir. Tədbir həm rəqəmsal ixraca yeni başlayanlar, həm də qlobal satışlarını böyütmək istəyənlər üçün nəzərdə tutulub.
Müzakirə olunacaq əsas mövzular:
Amazon, eBay, Etsy və Alibaba Group-da satış sirrləri və strategiyalar.
Hesabların bloklanma səbəbləri və qabaqlayıcı tədbirlər.
Payoneer vasitəsilə beynəlxalq ödənişlərin inteqrasiyası.
E-ticarətdə transsərhəd logistika və rəqəmsal marketinq həlləri.
Əsas Spiker:
Günel Ağazadə (Gunel Aghazada) – Amazon “Ambassador” və Navishopper şirkətinin baş icraçı direktoru. O, Amazon platformasında 15 ölkə üzrə əməliyyat rəhbəri kimi fəaliyyət göstərib, Meksika, Braziliya, İsveç və Polşa kimi bazarlarda onlayn mağaza açılışlarını idarə edib.
Həmçinin, MeetUp Networking Clubun tərəfdaşlığı ilə beynəlxalq logistika və rəqəmsal marketinq sektorunu təmsil edən yerli ekspertlər də öz real təcrübələrini bölüşəcəklər.
İştirak ödənişsizdir, yerlər məhduddur!
Auditoriya ilə fərdi işin və müzakirələrin effektivliyini təmin etmək məqsədilə iştirakçı sayı 35 nəfər ilə məhdudlaşdırılıb.
Ayrılmış kvota dolduqda qeydiyyat avtomatik dayandırılacaq.
Tarix: 24 iyun 2026-cı il, saat 10:00
Məkan: İİTKM-in inzibati binası
Qeydiyyat üçün link: LİNK