"Ədliyyə Könüllüləri" ictimai birliyi yenidən fərqli və maraqlı bir layihə ilə qarşınızdadır!

 

Ədliyyə könüllüləri – bu dəfə Naxçıvanda!

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Arbitraj Assosiasiyası və "Ədliyyə Könüllüləri" ictimai birliyinin təşkilatçılığı ilə 26-29 iyun tarixlərində Naxçıvanda "Təbii sərvətlərin istifadəsi və məsuliyyətli investisiya üzrə arbitraj simulyasiyası" layihəsi həyata keçiriləcəkdir. 

 

Layihədə müxtəlif ixtisaslarda təhsil alan 40 gəncin iştirakı nəzərdə tutulur. 

 

Qeyd: Layihədə bütün xərclər təşkilatçılar tərəfindən qarşılanır. Layihədə müxtəlif ixtisaslardan olan, 25 yaşadək hər kəs iştirak edə bilər.

Qeydiyyat 2 iyun 23:59-da başa çatır.

Qeydiyyatdan keçmək üçün: LİNK

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.