Vakansiya: Əlaqə Mərkəzinin Telesatış üzrə Mütəxəssisi
Namizədə tələblər:
• Ali təhsil;
• Telesatış, əlaqə mərkəzi və ya satış sahəsində minimum 1 il iş təcrübəsi;
• Azərbaycan dilini səlis bilmək (rus dili biliyi üstünlükdür);
• Yüksək ünsiyyət, təqdimat və inandırma bacarığı;
• MS Office proqramları ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
• Potensial müştərilərlə telefon vasitəsilə əlaqə saxlayaraq soyuq satış zənglərini həyata keçirmək;
• Şirkətin məhsul və xidmətlərini təqdim etmək və satışların həyata keçirilməsini təmin etmək;
• Müştəri məlumatlarını sistemdə düzgün qeydiyyata almaq və satış prosesini izləmək;
• Müəyyən edilmiş satış hədəflərinin icrasını təmin etmək.
Müraciət qaydası:
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "Əlaqə Mərkəzinin Telesatış üzrə Mütəxəssisi" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


