E-imtahanlar və müsahibələrin təşkili departamenti
Elektron imtahan, yoxlama və müsahibələrin texnoloji təminatı şöbəsi
məsləhətçi vəzifəsi üzrə vakansiya
Əmək funksiyaları
· Verilmiş tapşırıqlara əsasən proqram kodlarının yazılması və sınaqdan keçirilməsi (C#, JS modulları);
· Test zallarının İKT avadanlıqlarının gündəlik yoxlanılması və kiçik nasazlıqların aradan qaldırılması;
· Elektron imtahan sistemində istifadəçi müraciətlərinin emalı və logların izlənməsi;
· Məlumat bazalarında sadə SQL sorğularının icrası və data yoxlanılması;
· Daxili proqram təminatlarının sınaq mərhələsində iştirak etmək;
· Rəqəmsal hesabatların hazırlanmasına dəstək göstərmək;
· Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak etmək (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
· Rəhbərlik və şöbə müdiri tərəfindən verilmiş tapşırıqları icra etmək.
Tələb olunan bilik və bacarıqlar
· Ali təhsil: Təbiət və texniki ixtisas qrupu üzrə;
· Staj tələb olunmur (müvafiq sahədə təcrübə arzuolunandır);
· MS Visual Studio.Net,C#, MS SQL Server, MySQL (yaxşı səviyyədə);
· Azərbaycan dili-yüksək səviyyə, ingilis dili və rus dili minimum B1;
· Detallara diqqət, məsuliyyətlilik, vaxtın effektiv idarə edilməsi, komanda ilə işləmə bacarığı, güclü ünsiyyət, intizamlılıq, nəticəyönümlülük və stresin idarə edilməsi.
Müraciət qaydası
Namizədlər 15 may 2026-cı il tarixinədək linkinə daxil olaraq “elektron imtahan-məsləhətçi” vakansiyasını seçib elektron müraciət formasını doldurmalı və göndərməlidirlər.