Elm və Təhsil Nazirliyinin tabe qurumlarından birində Mütəxəssis vəzifəsi üzrə vakansiya elan olunur. 

 



 Vəzifə öhdəlikləri:
• Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə təsdiq olunmuş Strateji Yol Xəritələri, Dövlət Proqramları və digər normativ sənədlər üzrə Elm və Təhsil Nazirliyinə həvalə edilmiş tapşırıqların planlaşdırılması məqsədilə təkliflərin toplanması, ümumiləşdirilməsi və razılaşdırılması;
• Dövlət Proqramlarının icrasına dair daxili əmr və Tədbirlər Planlarının hazırlanmasında iştirak;
• Hesabatların hazırlanması üçün zəruri sorğuların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
• Struktur bölmələrdən və digər qurumlardan daxil olmuş sorğuların koordinasiyası və cavablandırılması;
• Təqdim edilmiş sorğular əsasında daxil olan məlumatların təhlil edilməsi;
• Müvafiq sənədlər üzrə dövri hesabatların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
• Dövlət qurumlarına təqdim edilməli olan digər hesabatların hazırlanmasında iştirak;
• Təqdimatların hazırlanması, məlumatların sistemləşdirilməsi və vizuallaşdırılması üzrə işlərin həyata keçirilməsi;
• Şöbənin fəaliyyət istiqamətindən irəli gələn digər tapşırıqların icrası.

 Tələblər:

• Ali təhsil;
• Müvafiq sahə üzrə iş təcrübəsi üstünlükdür;
• Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
• MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint ilə işləmək bacarığı;
 Analitik düşüncə və məlumatları təhlil etmə qabiliyyəti;
• Təqdimat hazırlama və məlumatların vizuallaşdırılması bacarığı;
• Komanda ilə işləmək və koordinasiya bacarıqları;
• Rəsmi yazışma və sənədlərlə işləmə bacarığı.

 Üstünlük veriləcək:

Data analitikası, hesabatvermə, təqdimatların hazırlanması və məlumatların sistemləşdirilməsi sahəsində bacarıqlara malik namizədlər.

 Son müraciət tarixi: 15.05.2026
 İş qrafiki: 5 günlük (09:00–18:00)
 Müraciət:
CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifələr üçün nəzərdə tutulub.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.