Komandamıza Əmək haqqı üzrə Baş Mütəxəssis axtarışındayıq 

 

Vəzifə öhdəlikləri :

       İşçilərin əmək haqqı və digər ödənişlərinin (məzuniyyət, xəstəlik vərəqəsi, bonus, ezamiyyə və s.) düzgün və vaxtında hesablanmasını təmin etmək;

       Gəlir vergisi, sosial sığorta (DSMF), işsizlik və icbari tibbi sığorta ödənişlərini hesablayaraq müvafiq qurumlara təqdim etmək;

     Əmək haqqı ilə bağlı aylıq və rüblük hesabatların hazırlanması və təqdim olunması;

      Əmək haqqı üzrə məxfi məlumatların qorunmasını və müvafiq qanunvericiliyin tələblərinə əməl olunmasını təmin etmək;

     Mühasibatlıq sistemində əmək haqqı məlumatlarını işləmək və yeniləmək;

• Daxili və xarici hesabatların hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;

     Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və praktikada tətbiq etmək.

 

Tələblər:

     Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində);

    Əmək haqqı sahəsində minimum 2 il iş təcrübəsi;

     Vergi və əmək qanunvericiliyi üzrə biliklər;

     1C 8.3, Excel və digər mühasibat proqramlarında sərbəst işləmə bacarığı;

•     Diqqətcil, dəqiq və yüksək məsuliyyət hissinə malik olmaq;

    Hesabatların hazırlanması üzrə praktiki təcrübə.

 

Bizim təklif etdiklərimiz:

 • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

 • İş qrafiki: Həftə içi 5 gün, saat 09:00–18:00;

 • Əmək haqqı – Müsahibə əsasında;

 • Əməkdaşlarımız üçün əlavə imtiyazlar paketi mövcuddur;

 • İş yeri – Bakı və Şahdağ ofislərində fəaliyyət göstərə biləcək namizəd;

 • Yaradıcı və dinamik iş mühiti.

Özünü bu rolda görürsənsə, komandanın bir parçası olmaq yolunda ilk addımı at və CV-ni “Əmək haqqı üzrə Baş Mütəxəssis” başlığı ilə [email protected] ünvanına göndər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.