Tabeli qurumlarımızdan biri üçün "Əməkhaqqı Hesablanması üzrə Menecer " axtarışındayıq!
Vəzifə Öhdəlikləri
• İşçilərin aylıq əməkhaqqı, məzuniyyət, ezamiyyə, xəstəlik vərəqəsi üzrə ödənişlər və digər ödənişlərin vaxtında və dəqiq hesablanmasının təmin edilməsi;
• Əmək müqavilələri, əlavələr və digər hüquqi sənədlərə uyğun olaraq əməkhaqqı əməliyyatlarının 1C sistemində düzgün aparılmasına nəzarət;
• Vergi, DSMF və digər məcburi tutulmaların korrekt hesablanması və müvafiq dövlət qurumlarına aylıq/rüblük/illik hesabatların hazırlanması;
• Xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və birdəfəlik ödənişlərin elektron portalda düzgün rəsmiləşdirilməsinin təmin edilməsi;
• İşçilərin əməkhaqqı ilə bağlı sorğularının cavablandırılması və tələb olunan arayışların hazırlanmasının təmin edilməsi;
• Yeni işə qəbul, vəzifə dəyişikliyi, işdən ayrılma və digər HR əməliyyatlarının əməkhaqqına təsirinin düzgün şəkildə sistemə işlənməsi;
• Mühasibatlıq və HR şöbələri ilə koordinasiyalı şəkildə məlumat axınının idarə edilməsi;
• Aylıq hesabatlılığın təmin edilməsi;
• Daxili audit və yoxlamalar üçün zəruri məlumatların hazırlanmasının təmin edilməsi;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələb Olunan Bilik və Bacarıqlar
• Ali təhsil (Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə);
• Müvafiq sahə üzrə 3–5 il iş təcrübəsi;
• Azərbaycan dili mükəmməl (İngili və Rus dili üstünlükdür);
• MC Office proqramları üzrə (xüsusilə MS Excel) işləmək bacarığı;
• 1C 8.3 proqramında işləmək bacarığı;
• Çoxsaylı işçi sayının payroll prosesini idarəetmə təcrübəsi;
• Əmək Məcəlləsi, Vergi qanunvericiliyi üzrə biliklər;
• Məlumatlarla dəqiq və detallı işləmək bacarığı
• Komanda ilə əməkdaşlıq və prosesləri optimallaşdırmaq bacarığı;
Necə müraciət etməli?
Maraqlanan namizədlər CV-lərini “Əməkhaqqı Hesablanması üzrə Menecer” mövzusu ilə [email protected] e-mail ünvanına göndərə bilərlər.