Mühasibat Uçotu və Maliyyə Konsultasiyası Departamentinin Əməliyyat şöbəsinin Baş Mütəxəssisi vakansiyası
İş rejimi: Tam iş günü
Əsas vəzifə öhdəlikləri:
• Şöbənin gündəlik maliyyə və mühasibat əməliyyatlarının qanunvericiliyə uyğun və vaxtında icrasına nəzarət etmək
• Mövcud mühasibat və maliyyə proseslərinin effektivliyini təhlil etmək, riskləri müəyyən etmək və optimallaşdırma üzrə təkliflər hazırlamaq
• Maliyyə və mühasibat hesabatlarının hazırlanmasını təşkil etmək və rəhbərliyə analitik məlumatlar təqdim etmək
• Mühasibat məlumatlarının düzgünlüyünü və tamlığını təmin etmək
• Mühasibat uçotunun qanunvericiliyə və şirkətin daxili siyasət və prosedurlarına uyğun aparılmasına nəzarət etmək
• Vergi və maliyyə hesabatlarının müvafiq portallara vaxtında təqdim edilməsinə nəzarət etmək
• Bank və kassa əməliyyatlarının düzgün aparılmasını təmin etmək
• Ödəniş sənədlərinin və fakturaların hazırlanması, təsdiqi və uçota alınması prosesinə nəzarət etmək
• Mühasibat hesablarının bağlanmasını və dövri əməliyyatların yekunlaşdırılmasını həyata keçirmək
• Müştərilərlə əlaqələrin qurulması və mühasibat-maliyyə məsələləri üzrə kommunikasiya prosesinin koordinasiya edilməsini təmin etmək
• Mühasibat komandasının fəaliyyətini koordinasiya etmək və tapşırıqların icrasına nəzarət etmək
Tələblər:
• Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil
• Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi
• PMS (Peşəkar Mühasib Sertifikatı) mütləqdir
• Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək
• 1C və MS Excel proqramlarında işləmə bacarığı
• Rus dili və İngilis dili – yüksək səviyyə
• Analitik düşünmə, məsuliyyətlilik və komanda ilə işləmə bacarığı
Şirkət təklif edir:
• Beynəlxalq iş mühiti
• Peşəkar inkişaf və karyera imkanları
• Rəqabətli əməkhaqqı
Email ünvanı: [email protected]