19-21 sentyabr tarixlərində keçiriləcək “Formula 1” yarışı zamanı metronun işinə dəstək olmaq istəyən gənclər üçün könüllülük fürsəti!

 

Metropolitenin fəaliyyəti ilə daha yaxından tanış olmaq, təcrübə qazanmaq və şəhərin yeraltı ritminin bir parçasına çevrilmək istəyirsənsə, bu fürsətdən yararlanmağa tələs.

 

Yaşı 17-25 arası olan, Bakı şəhərində yaşayan bütün Azərbaycan vətəndaşları könüllü olmaq üçün müraciət edə bilərlər.

 

Sonda metropolitenin fəaliyyətinə yaxından dəstək olan könüllülərə sertifikatlar təqdim ediləcək. 

 

Qeydiyyat üçün CV-nizi mövzu hissəsində “könüllü” yazaraq, [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

 

Qeyd: tədbir günlərində könüllülər metrodan ödənişsiz istifadə edəcək və naharla təmin olunacaqlar. 

 

Hər birinizə uğurlar arzu edirik!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.