Şirkət: MicroSol
Vakansiya: Front-End Developer (intern)
Vəzifə öhdəlikləri:
• Veb səhifələrin və tətbiqlərin istifadəçi interfeyslərinin dizaynı və inkişafı. HTML, CSS və JavaScript istifadə edərək veb elementlərin optimallaşdırılması və saxlanılması
• React.js framework-ü əsasında müasir və yüksək performanslı veb tətbiqlərin hazırlanması.
• Komponent əsaslı arxitekturanın qurulması və idarə olunması
• Backend komandası ilə sıx əməkdaşlıq edərək dinamik və funksional istifadəçi interfeyslərinin inkişafı
• Redux və ya Redux Toolkit ilə vəziyyət idarəetmə mexanizmlərinin tətbiqi
• Müxtəlif cihazlara uyğunlaşan və responsiv dizaynların hazırlanması
• Git ilə versiya nəzarətinin aparılması
Tələblər:
• HTML5, CSS3, JavaScript və JavaScript framework-lərində (React, Next) biliklər
• RESTful API-lər ilə işləmək bacarığı
• Versiya idarəetmə sistemləri (Git və s.) ilə işləmək təcrübəsi
• Problem həll etmə bacarığı, təfərrüatlara diqqət və komanda ilə işləmək bacarığı
Üstünlüklər:
• Next.js bilikləri
• TypeScript və ya digər JavaScript dillərində təcrübə
Biz sizə nə təklif edirik:
• Real layihələr üzərində işləyərək praktiki təcrübə qazanmaq imkanı
• ERP və CRM sistemlərinin hazırlanması prosesində iştirak
• Yerli və beynəlxalq layihələrdə iş təcrübəsi
• Böyük məlumat bazaları və real biznes prosesləri ilə işləmə imkanı
• Təcrübəli komanda ilə inkişaf mühiti
• Uğurlu nəticə göstərən namizədlər üçün şirkətdə işlə təmin olunma imkanı
Təcrübə müddəti: 3 ay
İş qrafiki: 5 iş günü (saat 10:00 - 17:00)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini başlıq sətrində vakansiyanın adını (Front-End Developer (intern)) qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməsi xahiş olunur.