Vakansiya: Full Stack Developer 

 

Qurum haqqında: 

Rəqəmsal Səhiyyə Mərkəzi (RSM) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən publik hüquqi şəxsdir. İlk dəfə 2010-cu ildə "Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi" kimi fəaliyyətə başlasa da, 2024-cü ilin dekabr ayından etibarən qurumun adı Rəqəmsal Səhiyyə Mərkəzi PHŞ olaraq dəyişdirilmişdir. Mərkəz ölkədə səhiyyə sisteminin rəqəmsallaşdırılması, elektron tibbi xidmətlərin inkişafı və vahid səhiyyə informasiya infrastrukturunun qurulması üzrə əsas icraçı qurumlardan biridir.

RSM-in fəaliyyətinin əsas məqsədi — əhalinin sağlamlığı ilə bağlı məlumatların idarə edilməsini təkmilləşdirmək, tibbi prosesləri elektronlaşdırmaq, tibb işçiləri və vətəndaşlar üçün rəqəmsal həllər təqdim etməkdir. Bu çərçivədə Mərkəz elektron tibbi kart sistemləri, elektron resept, elektron qeydiyyat, tibbi sertifikatlaşdırma və digər mühüm rəqəmsal xidmətlərin yaradılıb tətbiq olunmasını həyata keçirir.

 

İş haqqında:

Vakansiya: Full Stack Developer

İş yeri: Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzi PHŞ

Ünvan: Bakı şəhəri, akademik M.Mirqasımov küç. 1A.

İş qrafiki: 5/2

İş saatları: 09:00 - 18:00

Əmək haqqı: 1000 - 1500 AZN

Ştat: Tam ştat (hibrid, remote, part time yoxdur)

 

Tələblər: 

Ali təhsil: Kompüter elmləri və bu sahə ilə bağlı digər ixtisaslar

Təcrübə: 2-3 il (mütləq)

Öncəki layihələrdə .Net, React və Postgre ilə iş təcrübəsi

C# və React nəzəri və praktiki bilikləri vacibdir.

 

Vəzifə öhdəlikləri:

C#və .NET üzərində yeni modul, metod və API-lərin hazırlanması

Mövcud kodun genişləndirilməsi və optimallaşdırılması

React.js ilə istifadəçi interfeyslərinin hazırlanması və backend API-lərlə inteqrasiya.

Oracle və PostgreSQL verilənlər bazasında kompleks sorğuların yazılması.

REST və SOAP API-lərin layihələndirilməsi və test olunması.

Mövcud sistemlərdə dəstək və optimizasiya işlərinin aparılması.

Kodların keyfiyyətini təmin etmək üçün testlərin yazılması.

 

Biz nə təklif edirik:

Peşəkar inkişaf imkanları

Müasir texnologiyalarla işləmək şansı

 Sürətlə böyüyən HealthTech sektorunda ixtisaslaşma imkanı

İnterdissiplinar komandada işləmək təcrübəsi

Portfolioda güclü layihələr

Mehriban komanda mühiti

 

Uyğun namizədlər CV formalarını "FSD" başlığı ilə [email protected] mail ünvanına göndərə bilərlər.

Sadəcə uyğun namizədlərə geridönüş ediləcəkdir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.