Gənc Layihə rəhbəri axtarılır!
Tələbə-gənclərin akademik və peşəkar inkişafını dəstəkləyən təşəbbüslərə liderlik etmək, bu istiqamətdə layihə və proqramlar, təlim-seminarlar təşkil etmək, ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq qurmaq, beynəlxalq gənclər və könüllü təşkilatları ilə əlaqələri inkişaf etdirmək və könüllülərlə iş fəaliyyətinin genişləndirilməsinə töhfə vermək arzusunda olan gənc liderlər axtarışındayıq!
Namizədlərə dair tələblər
- Bakalavr (II, III və IV kurs) və ya magistratura səviyyəsi üzrə təhsil alan tələbə və ya məzun olmaq;
- Gənclərlə və könüllülərlə iş, layihələrin idarə edilməsi, tədbirlərin təşkili, beynəlxalq əlaqələr və kommunikasiya üzrə minimum 2 il təcrübə.
Müraciət etmək üçün CV-nizi aşağıdakı e-mail ünvanına göndərə bilərsiniz:
Son müraciət tarixi: 01.02.2026