“Gənc Robototexniklər Layihəsi” layihəsinə qeydiyyat başladı!

 

Robototexnika layihəsi Aqrar İnkişaf Könüllüləri Təşkilatı tərəfindən təşkil edilir və Technova ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi gənc robototexnika həvəskarlarının bilik və bacarıqlarını inkişaf etdirmək, praktiki təcrübə qazandırmaq və yaradıcı layihələrdə iştirak imkanı yaratmaqdır.

 

Layihədə iştirak etmək istəyən namizədlər əvvəlcə qeydiyyat formunu ətraflı doldurmalıdır. Forumda iştirakçılar haqqında əsas məlumatlar, təhsil səviyyəsi, maraq sahələri, robototexnika üzrə təcrübəsi və digər əlaqəli bacarıqlar qeyd olunur. Yalnız formu ətraflı dolduranlar  müsahibə mərhələsinə dəvət olunacaqdır.

 

Qeydiyyat mərhələsindən sonra namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibə namizədin layihəyə uyğunluğunu qiymətləndirmək, motivasiyasını anlamaq və fərdi bacarıqlarını müəyyən etmək məqsədilə keçirilir. Müsahibələr Technova Academy təlimçiləri tərəfindən aparılacaq və görüşlər Technova Academy daxilində təşkil olunacaq.

 

Layihə müddətində iştirakçılar praktiki təlimlərdə, qrup layihələrində və robototexnika sahəsi üzrə Arduino və digər elektronika və proqramlaşdırma texnologiyaları üzrə fəaliyyətlərdə iştirak edəcəklər. Layihə boyunca əldə olunan bilik və təcrübə gələcəkdə təhsil və peşəkar fəaliyyətlərdə iştirakçılara fayda verəcək.

 

Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.