Gəncə, Goranboy və Mingəçevir şəhərlərində yaşayanların nəzərinə!
SƏTƏM üzrə mühəndis vakansiyası aktivdir.
Vəzifə öhdəlikləri:
Zavodda əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət etmək və yoxlamalar aparmaq;
İş zamanı zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək;
İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştirak etmək;
Bina, qurğu və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;
Şirkətin struktur bölmələrində və logistika əməliyyatlarının həyata keçirilməsində ətraf mühitin çirkləndirilməsinin minimuma endirilməsi ilə bağlı tədbirlər görülməsində iştirak etmək;
Strateji və illik planların hazırlanmasında və həyata keçirilməsində direktora dəstək olmaq və onların müntəzəm olaraq rəsmi şəkildə yenilənməsini təmin etmək.
Tələblər:
Ali təhsilinin olması;
Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
Rus dili və ya ingilis dilini bilməsi şərtdir.
SƏTƏM üzrə tələb olunan uyğun sertifikatların olması;
Ms Office (Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı;
Təşkilati bacarıqlar, təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı;
İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermək bacarığı.
İş şəraiti:
İş saatı: 08:00 - 17:00
İş yeri: Gilan&Knauf
Şirkət tərəfindən təmin olunur:
Nəqliyyat xidməti;
Şirkət hesabına nahar;
Müasir zavod mühitində stabil iş və peşəkar inkişaf imkanı.
Müraciət üçün: CV-lərinizi mövzu hissəsində “SƏTƏM üzrə mühəndis” qeyd edərək göndərin: [email protected]
Əlaqə: (+99 410) 253 02 04
İş yeri: “Gilan&Knauf” zavodu, Goranboy.