“Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” həyata keçiriləcək

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Bakı Dövlət Universiteti və Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın tərəfdaşlığı ilə “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumu” həyata keçiriləcək.

 

Forumun əsas məqsədi gənclər arasında mədəniyyətlərarası dialoqu təşviq etmək, sülh və tolerantlıq dəyərlərinin yayılmasına töhfə vermək, həmçinin Azərbaycan Respublikasının multikulturalizm modelinin gənclərin iştirakı ilə daha geniş müstəvidə tanıdılmasını təmin etməkdir.

 

Forum çərçivəsində iştirakçılar mədəniyyətlərarası dialoq və sülh anlayışının müasir dünyada rolu, Azərbaycan multikulturalizm modeli, gənclərin mədəni diplomatiyada iştirakı, müxtəlif mədəni kimliklər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və rəqəmsal dövrdə mədəni ünsiyyət imkanları üzrə nəzəri və praktiki biliklər əldə edəcəklər.

 

Tədbir zamanı panel müzakirələri, interaktiv sessiyalar və işçi qruplar vasitəsilə iştirakçılara fikir mübadiləsi aparmaq, ortaq yanaşmalar formalaşdırmaq və mədəni dialoq mövzusunda praktik təcrübə qazanmaq imkanı yaradılacaq.

 

Forumun yekununda iştirakçı gənclər tərəfindən “Gənclər sülh naminə mədəniyyətlərarası dialoqda – Bakı Forumunun yekunları” adlı yekun sənəd hazırlanacaq.

 

Son müraciət tarixi: 10 aprel 2026

Müraciət üçün keçid: LİNK

 

Mədəniyyətlərarası dialoq sahəsində biliklərini inkişaf etdirmək, müxtəlif mədəni mühitlərdən olan gənclərlə ünsiyyət qurmaq, eləcə də sülh və tolerantlıq dəyərlərinin təşviqində aktiv rol almaq istəyən bütün gənclər foruma müraciət etməyə dəvət olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.