“Gənclərin İdarəsində İqlim Forumu” keçiriləcək
COP29 Sədrliyi, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı 2025-ci il Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Gənclərin İdarəsində İqlim Forumu” keçiriləcək.
İqlim dəyişmələri müasir dövrün ən ciddi qlobal çağırışlarından biridir və xüsusilə Qlobal Cənubda yerləşən həssas icmalara daha çox təsir göstərir. Bu prosesdə gənclər xüsusi yer tutur – onların rolu yalnız gələcəkdə yaranacaq təsirlərlə üzləşəcəkləri üçün deyil, həm də bu gün iqlim problemlərinin həllində fəal iştirak etdikləri üçün əhəmiyyətlidir. Gənclərin iqlim fəaliyyətində fəal iştirakının təşviqinə dair qlobal çağırışa uyğun olaraq, Forum gənc liderləri, siyasətçiləri, yüksək səviyyəli rəsmiləri, ekspertləri və beynəlxalq tərəfdaşları bir araya gətirərək dialoq və əməkdaşlığı gücləndirməyi hədəfləyir.
Qeydiyyat ictimaiyyət üçün açıqdır.
Son müraciət: 27 sentyabr 2025. 23:29