GMİB Könüllülük Proqramına qeydiyyat başladı!
Gənc Mühasiblər İctimai Birliyi (GMİB) gəncləri 3 aylıq Könüllülük Proqramına dəvət edir!
Əgər yeni biliklər qazanmaq, real iş mühitində təcrübə toplamaq, müxtəlif sahələr üzrə bacarıqlarını inkişaf etdirmək və peşəkar çevrəni genişləndirmək istəyirsənsə, bu proqram sənin üçündür!
Səni nələr gözləyir?
Müxtəlif istiqamətlərdə praktiki təcrübə
Komanda ilə işləmək və layihələrdə iştirak imkanı
Peşəkar və şəxsi inkişaf
Yeni əlaqələr və networking imkanları
Proqramı uğurla tamamlayanlara sertifikat
İştirakçının fəaliyyətinə əsasən referans məktubu
Proqram müddəti: 3 ay
Həftəlik iştirak: minimum 15 saat
Yaş aralığı: 17–25 yaş
Könüllü təcrübən yoxdur? Problem deyil! Əsas olan öyrənməyə həvəsin, məsuliyyətin və inkişaf istəyindir.
Sən də GMİB könüllüləri ailəsinə qoşul, öz inkişaf yolunu bu gündən başla!
Qeydiyyatdan keç və gələcəyinə investisiya et!
Qeydiyyat linki