Bee Tours, Bakı ofisinə yeni komanda üzvü axtarır!
Vəzifə: Guest Relations & Airport Representative
Əsas vəzifələr:
• Hava limanında qonaqların qarşılanması, transfer və yerləşmə prosesinə nəzarət
• Qonaqların məlumatlandırılması, suallarının cavablandırılması və rahatlığının təmin edilməsi
• Gələn və gedən qonaqların siyahısına uyğun qarşılanma və müşayiət işləri
• Otel, sürücü və ofis komandasına vaxtında məlumat ötürülməsi
• Şirkətin xidmətlərini peşəkar və mehriban şəkildə təmsil etmək
Tələblər:
• Turizm, xidmət və ya əlaqədar sahədə minimum 1 il iş təcrübəsi
• İngilis dili mütləq, digər dillər (rus, ərəb və s.) üstünlükdür
• Yüksək ünsiyyət bacarığı, gülərüzlük və qonaqpərvərlik
• Məsuliyyətli, dəqiq və operativ iş üslubu
• Gecə və səhər növbələrində işləməyə uyğunluq (uçuş cədvəllərinə görə)
• Hava limanına və şəhərdaxili istiqamətlərə yaxşı bələdlik
• Şəxsi nizam-intizam və komandada işləmə bacarığı
Üstünlüklər:
• Turizm şirkətində və ya oteldə “guest relations” vəzifəsində təcrübə
• Avtomobil sürmə bacarığı (və sürücülük vəsiqəsi)
• Xarici qonaqlarla ünsiyyət təcrübəsi
Təklif edirik:
• Rəqabətədavamlı əmək haqqı və bonus sistemi
• Peşəkar və mehriban komanda mühiti
• Karyera inkişafı və təlim imkanları
• Beynəlxalq səviyyədə təcrübə qazanmaq imkanı
CV-nizi [email protected] elektron ünvanına göndərin.