ClipTV komandamıza gündüz və gecə növbələri üçün Müştəri Xidmətləri üzrə operatorlar axtarırıq.

 

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏR: 

- Cəmiyyətin xidmət və məhsullarından istifadə edən müştərilərə professional yardım göstərmək;

- Müraciət edən şəxs və təşkilatları dinləmək, problemlərini araşdırmaq və lazımi tədbirləri təmin etmək; 

- Müştərilərə koorporativ standartlara uyğun olaraq müraciət etmək; 

- Daxil olan sorğuları qəbul etmək, müvafiq şəxslərə yönləndirmək və cavab aldıqdan sonra problemin səbəbini və aradan qaldırılmasını qeyd etmək;

- Telefon və elektron poçt vasitəsi ilə müştərilərdən sifariş qəbul etmək və qeydiyyatını müvafiq proqrama aparmaq; 

- Müraciətləri texniki tərəfdən düzgün qiymətləndirmək, məsləhətlər vermək, problemlərin maksimum operativ sürətdə həllini təmin etmək; 

- Rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirmək.

 

Tələblər: 

- Kişi namizəd

- Texniki təhsil 

- Kompüter ilə aktiv işləmə bacarığı 

- Dil bilikləri:Azərbaycan dili (səlis), Rus dili (əla)

- 1 ildən az olmayan iş təcrübəsi 

 

Fərdi keyfiyyətləri: 

- Nəzakətli olmaq 

- Ünsiyyətcil, məsuliyyətli, işində cəld və dəqiq olmalıdır 

- Səbrli və təmkinli 

- Aydın və səlis nitq qabiliyyəti 

- Müştərilər ilə xoş danışıq 

- Tapşırıqları operativ icra etmə qabiliyyəti 

- Kollektivdə işləmə bacarığı

 

Əlavə məlumatlar:

- Əmək haqqı: Razılaşma yolu ilə; 

- İş qrafiki: 5 günlük, 09:00-18:00; 

 - Korporativ nömrə və danışıq balansı; 

 - AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.

 

Qeyd olunan göstəricilərə cavab verən namizədlərin CV formasını Subject/Mövzu hissəsində “Müştəri xidmətləri üzrə operator (gündüz)” və ya “Müştəri xidmətləri üzrə operator (gecə)” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.