"Hədəfim-Sən!” Ödənişli (Maaşlı) Yay Təcrübə Proqramı – Müraciətlər Açıqdır!
Sizə böyük məmnuniyyətlə “Hədəfim-Sən!” Ödənişli Yay Təcrübə Proqramının startını elan edirik. Bu proqram istedadlı tələbələrə real iş mühitində təcrübə qazanmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və karyeralarına güclü bir başlanğıc vermək imkanı yaradır.
Müraciət dövrü:
Başlanğıc tarixi: 27 aprel 2026
Son müraciət tarixi: 10 may 2026
Müraciət linki:
LİNK
Vacib qeyd:
Müraciət formasında aşağıdakı sual yer alır:
“Zəhmət olmasa seçdiyiniz şirkət və ixtisas sahəsini qeyd edin.”
Düzgün seçimlərin edilməsini və seçim prosesinin daha effektiv aparılmasını təmin etmək üçün aşağıdakı məlumatı nəzərə almağınız xahiş olunur:
AzTelco Group – IT / Hüquq
AdVera – Maliyyə
QSI AZERI LTD – Audit (Keyfiyyət və Nəzarət)
AzSoftware System – Vizualizasiya və Dizayn / Biznes və Data Analitika / Proqramlaşdırma / Software Development