Abşeron Logistika Mərkəzi "Hesabatlıq üzrə kiçik mütəxəssis" vakansiyası üzrə namizəd axtarışı edir.
ÜMUMİ VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Debitor hesabatın hazırlanması, yoxlanılması və göndərilməsi;
• Debitor borcların izlənilməsi və müştərilərlə kommunikasiya qurmaq;
• Debitor müştərilərin hesablaşmaları və aktlarının hazırlanması, müştərilərə təqdim edilməsi;
• Vergilər Nazirliyinin müraciəti əsasında müştərilərlə bağlı sənədlərin yığılması, skan edilməsi və göndərilməsi (müqavilə, bank çıxarışı, vergi hesab fakturaların və hesab fakturalar);
• Fakturalar və ödənişlər ilə bağlı müxtəlif reyesterlərin yığılması, qeydiyyatın aparılması;
• Büdcənin təhlilində iştirak və müvafiq hesabatların hazırlanması.
NAMİZƏDƏ QARŞI TƏLƏBLƏR:
• Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit və s.);
• Maliyyə sahəsində 1 ilədək iş təcrübəsi üstünlükdür;
• Dil bilikləri: Azərbaycan və Rus dilləri; İngilis dili biliyi üstünlükdür;
• Komputer bilikləri: Yüksək səviyyədə Word, Excel, Outlook; Orta səviyyədə 1C bilikləri ;
• Yüksək kommunikasiya bacarığı
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
PEŞƏKARLIQ BACARIQLARI:
• Dəqiq və diqqətli,
• Ciddi və məsuliyyətli,
• Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;
• Təhlil qabiliyyəti,
• Problem həll etmə bacarığı,
• Verilən tapşırıqları zamanında təhvil vermə,
• Öyrənmək, öyrətmək bacarıqları olmalıdır.
Son tarix: 2 Yanvar, 2026
Qeyd edilən tələblərə uyğun namizədlər karyera portalımıza keçid edərək və ya CV formalarını "Hesabatlıq üzrə kiçik mütəxəssis" başlığı ilə [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.