HTP məzunundan təlim proqramı

“Hökumətlərarası Təqaüd Proqramları“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda onların əldə etdiyi bilik və bacarıqların digərləri ilə paylaşılması məqsədilə təlimlərin keçirilməsinə başlanılıb. 10 iyul saat 11:00-da baş tutacaq təlim proqramı “COVID-19 pandemiyasının iqtisadiyyata təsiri: Pandemiya - dünya iqtisadiyyatı üçün təhdid və ya yeni imkanlar?” möv
zusuna həsr edilib. Təlimçi HTP proqramı çərçivəsində 2016-2018-ci tədris illəri üzrə Macarıstanda magistratura təhsili almış Xədicə Abdullayevadır. Təlimdə iştirak etmək üçün müvafiq link https://forms.gle/PLMhitzgzAmmRCTS7vasitəsilə qeydiyyatdan keçmək mümkündür. Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.