“Humanitar və Sosial Elmlərdə müasir cərəyanlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək
6-8 avqust 2021-ci il tarixlərində Pakistanın Akademik Araşdırma və Siyasi İnkişaf Fondunun (The Academic Research and Policy Development Foundation) təşkilatçılığı, AMEA, Azərbaycan İlahiyyat İnstitutu (Bakı, Azərbaycan) və Üsküdar Universitetinin (İstanbul, Türkiyə) əməkdaşlığı ilə “Humanitar və Sosial Elmlərdə müasir cərəyanlar” mövzusunda I beynəlxalq onlayn konfrans keçiriləcək.
Tədbirin bu ilki əsas mövzuları başda COVID-19 olmaqla, Humanitar və Sosial Elmlərdə müasir cərəyanlardır.
Konfransa tezislərin son qəbul tarixi 3 iyun 2021-ci ildir.
Daha ətraflı məlumatıburadanəldə edə bilərsiniz.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.