Tamstore MMC “Hüquqşünas” vakansiyası elan edir:

 

Əsas vəzifə öhdəlikləri:

·     Sənədlərin (ərizə, məktub, sorğu, əmr, protokol və s.) ilkin tərtibatını və rəsmiləşdirməsini həyata keçirmək;

·     Məhkəmə, icra və digər inzibati orqanlara iddiaların, müraciətlərin hazırlanması, yazışmaların aparılması, rəhbərliyin göstərişi olduqda təmsilçilik funksiyasını icra etmək;

·     Müəssisənin fəaliyyətilə bağlı, icarə, alqı-satqı və digər müqavilələrin hazırlanması;

·     Daxili department, şöbə və bölmələrdən gələn hüquqi sorğuların cavablandırılması, zəruri hallarda daxili struktura hüquqi dəstəyin göstərilməsi.

 

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

·     Ali təhsil (hüquqşünaslıq ixtisası üzrə);

·     Məhkəmə və icra orqanlarında eləcə də korporativ hüquq sahəsində minimum 2 (iki) il hüquq təcrübəsi;

·     Pərakəndə satış sektorunda təcrübə arzuolunandır;

·     İngilis dili biliyi üstünlükdür.

İş şərtlərimiz:

·       İş qrafiki: Tam iş günü (5 gün);

·       İş saatları: 09:00-18:00;

·       İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

·       Əmək bazarında rəqabətli əməkhaqqı;

·       Peşəkar komanda mühiti;

·       Şirkət hesabına nahar;

·       Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.