TƏBİB İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinə Mütəxəssis (SMM bilikləri ilə)
Son müraciət
17.10.2025
Görəcəyiniz işlər:
TƏBİB-ə aid olan sosial media hesablarının idarə olunması və inkişafı
Kreativ, orijinal və yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək
Rəqəmsal reklam alətləri üzrə fəaliyyət planları hazırlamaq və müvafiq prosesləri idarə etmək
İctimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətinə uyğun olaraq foto, video və mətn kontentlərinin hazırlanması
Sosial şəbəkə səhifələri üzrə aylıq, rüblük və illik hesabatların hazırlanmas
Rəsmi sosial şəbəkə səhifələrinə daxil olan müraciətlərin (şərh və mesajlar) qeydiyyata alınmasının və cavablandırılmasının təmin olunması
Hədəf auditoriya seçmək və izləyici kütləsini artırmaq
Şöbənin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək
Bizim üçün uyğun namizəd:
Ali təhsil
Sahə üzrə minimum 3 il iş təcrübəsi
Dil bilikləri: ingilis dili – arzuolunan
Kompüter bilikləri: MS Office proqramları, Adobe İllustrator, Adobe Photoshop, Canva – yaxşı
Sosial media platformalarının idarə olunması (Facebook, Instagram, LinkedIn, YouTube, TikTok və s.) üzrə peşəkar bilik
Kontent planlaşdırma, sosial media strategiyalarının hazırlanması və həyata keçirilməsi bacarığı
Azərbaycan dilinin orfoepiya, orfoqrafiya və üslub normalarını mükəmməl bilmək
Komandada işləmə bacarığı
Vaxtın idarə olunması və planlama
Problemlərin həlli və operativ qərarvermə
Yüksək ünsiyyət və yazı bacarığı
İctimaiyyət və media ilə işləmə mədəniyyəti
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
İş vaxtı: 09:00 – 18:00
Müraciət qaydası
CV [email protected] ünvanına göndərilməlidir
Mövzu sətrində “İctimaiyyətlə əlaqələr şöbəsi – Mütəxəssis” qeyd olunmalıdır
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.