Avrora MMC “İctimaiyyətlə Əlaqələr üzrə Aparıcı Mütəxəssis” vakansiyasını elan edir!
Əsas vəzifə öhdəlikləri:
· Şirkətin kommunikasiya strategiyasının hazırlanmasında iştirak etmək və təsdiqlənmiş plan üzrə icranı təmin etmək;
· Media əlaqələrini qurmaq və davamlı idarə etmək;
· Press-reliz və rəsmi PR məzmunların hazırlanması;
· Sosial məsuliyyət layihələrinin hazırlanması və icrasında iştirak etmək;
· Daxili kommunikasiya tədbirlərinin hazırlanması və icrasında iştirak etmək;
· Partnyorlar və dövlət qurumları ilə kommunikasiya proseslərinin koordinasiyasında iştirak;
· Brendin ictimai imicini gücləndirmək üçün xüsusi PR kampaniyaları təklif və icra etmək;
· PR büdcəsinin effektiv istifadəsini təmin etmək və xərclərə nəzarət etmək;
· Qrupa daxil olan şirkətlər üçün tədbirlərin təşkilində iştirak.
Tələb olunan bilik və bacarıqlar:
· PR alətləri və texnologiyaları üzrə bilik;
· Media ilə işləmə və press-reliz hazırlama bacarığı;
· Tədbirlərin təşkili üzrə təcrübə;
· KSM və daxili kommunikasiya aktivliklərinin təşkili üzrə bilik və bacarıqlar;
· Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
· Kreativ düşüncə və təşəbbüskarlıq;
· Media monitorinq və hesabatların hazırlanması.
Tələb olunan təhsil, iş təcrübəsi:
· Təcrübə: Minimum 3 il (PR və ya korporativ kommunikasiya sahəsi üzrə);
· Təhsil: Ali (Jurnalistika, Marketinq sahələri üzrə bakalavr təhsili);
· Dil bilikləri: Rus və ya ingilis dili (arzuolunan).
İş şərtlərimiz:
· İş qrafiki : Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri : Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· Peşəkar komanda mühiti;
· Nahar;
· Şirkət hesabına korporativ nömrə;
· Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İctimaiyyətlə Əlaqələr üzrə Aparıcı Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.