İdeyanız var? İndi onu reallığa çevirmək vaxtıdır!
Xsolla və Agentliyimizin birgə təşkilatçılığı ilə oyun yaradıcıları üçün nəzərdə tutulmuş 3 aylıq hibrid İnkubasiya Proqramına ("Spring Cohort 2026") qeydiyyat başlayıb!
Bu sadəcə bir təlim deyil, ideyanızı hazır bir MVP-yə çevirəcək əsl tramplindir. Cəmi 15 oyun studiyasının seçiləcəyi bu unikal proqramda yerinizi almağa tələsin!
Proqram çərçivəsində sizi nələr gözləyir?
Oyun sənayesi üzrə 50-dən çox beynəlxalq ekspertə çıxış
3 ay boyunca fərdi (1-ə-1) mentorluq sessiyaları
Bazara çıxış strategiyası və komanda quruculuğu üzrə peşəkar dəstək
İdeyadan MVP-yə gedən strukturlaşdırılmış yol xəritəsi
İlk 4 studiya üçün möhtəşəm mükafatlar nəzərdə tutulur:
"Gamescom Cologne 2026" sərgisinə 2 nəfərlik səyahət
Pabliserlərlə (naşirlərlə) birbaşa görüş imkanı
Xsolla-nın monetizasiya və yayım alətlərinə tamamilə pulsuz çıxış
12 aylıq xüsusi məsləhət və mentorluq dəstəyi
Kimlər müraciət edə bilər? Hələ ictimaiyyətə açıqlanmamış yeni bir oyun üzərində işləyən komandalar və orijinal konsepsiyasını həyata keçirməyə hazır olan fərdi yaradıcılar.
Format: hibrid (Onlayn + Oflayn/Bakı)
Proqramın dili: ingilis dili
Son müraciət tarixi: 14 Aprel 2026
Elə indi müraciət edin.
Qeydiyyat linki: