Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Horadiz regional əməliyyat mərkəzində “ilməkçi” vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir. Namizədlərin müvafiq sahədə peşə təhsili (peşə təhsilinə dair təsdiqedici sənədlə) olmalıdır.

Təminatlar: 

        Əmək haqqı ilə yanaşı çalışdığı müddət ərzində işçiyə səmərəli fəaliyyətinə görə mükafatların verilməsi;

        Gündə 3 dəfə yemək ilə təmin edilmə;

        Yaşayış yeri ilə təmin edilmə;

 

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri [email protected] ünvanına göndərməlidir.

        müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

        şəxsiyyət vəsiqəsinin surəti;

        təhsilə dair sənədlərin surəti (diplom, attestat, sertifikat, vəsiqə, arayış və s.);

        əmək kitabçasının surəti.

 

Sənəd qəbulu cari ilin 30 sentyabr tarixinədək həyata keçiriləcək.

 

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.