İMotors şirkəti Layihə Assistenti axtarışındadır!
Dinamik komandamızın bir hissəsi olmaq və real layihənin icrasında aktiv rol almaq istəyirsinizsə, sizi 1 aylıq layihəmizə qoşulmağa dəvət edirik.
Namizəddən gözləntilər:
• Enerjili, məsuliyyətli və təşəbbüskar olmaq;
• Güclü ünsiyyət və təşkilatçılıq bacarıqlarına sahib olmaq;
• Çevik iş rejiminə uyğunlaşa bilmək;
• Operativ və nəticəyönümlü işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
• Layihənin icrası zamanı yaranan məsələləri izləmək və rəhbərliyə mütəmadi hesabat vermək;
• Görüşlərin planlaşdırılması və koordinasiyasını həyata keçirmək;
• Tərəfdaşlarla yazılı və şifahi ünsiyyəti təmin etmək;
• Tədbirlərin təşkili və koordinasiyasında iştirak etmək;
• Sənəd dövriyyəsini idarə etmək;
• Layihə rəhbərinə inzibati və təşkilati dəstək göstərmək.
İş şərtlərimiz:
• Müddət: 1 aylıq layihə
• İş qrafiki: Layihənin gedişatına uyğun olaraq çevik iş rejimi
• Əmək haqqı: 631 AZN
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Layihə assistenti" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.


