İnformasiya texnologiyaları şöbəsinin müdiri
İş öhdəliklərinin təsviri
• Universitetin strateji hədəflərinə uyğun İT fəaliyyətinin inkişaf istiqamətlərini müəyyənləşdirmək, informasiya texnologiyaları üzrə proseslərin və resursların effektiv idarə olunmasına rəhbərlik etmək;
• Universitetin İT infrastrukturunun, şəbəkə və server mühitinin, informasiya sistemlərinin və digər texnoloji həllərin etibarlı, dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək;
• İnformasiya təhlükəsizliyini, məlumatların qorunmasın;, giriş səlahiyyətlərinin idarə olunmasını, ehtiyat nüsxələmə və bərpa üzrə mexanizmlərin tətbiqini və davamlı təkmilləşdirilməsini təmin etmək;
• İT xidmətlərinin istifadəçi ehtiyaclarına uyğun və müəyyən edilmiş xidmət standartları əsasında təşkilini təmin etmək, texniki dəstək və insidentlərin idarə olunması proseslərinin effektivliyinə nəzarət etmək;
• Universitetin rəqəmsal transformasiya strategiyasının həyata keçirilməsinə rəhbərlik etmək, təhsil, elm, inzibati və tələbə xidmətlərinin rəqəmsallaşdırılmasını təmin etmək;
• İnformasiya təhlükəsizliyi üzrə risklərin idarə olunmasını, qanunvericilik və daxili uyğunluq tələblərinin yerinə yetirilməsini, kibertəhlükəsizlik tədbirlərinin planlaşdırılması və koordinasiyasını təmin etmək;
• Süni intellekt, böyük verilənlər, məlumat analitikası və digər innovativ texnologiyaların təhsil, elm və idarəetmə proseslərində tətbiqi imkanlarını qiymətləndirmək və həyata keçirmək;
• İT üzrə büdcə və resurs ehtiyaclarının planlaşdırılmasını, texnoloji satınalmaların əsaslandırılmasını, lisenziyaların və xarici xidmət təminatçıları ilə münasibətlərin effektiv idarə olunmasını təmin etmək;
• Şöbənin fəaliyyətinə və komandanın işinə rəhbərlik etmək, universitetin digər struktur bölmələri ilə səmərəli əməkdaşlıq qurmaq, İT proseslərinin standartlaşdırılması, sənədləşdirilməsi, nəticələrinin izlənilməsi və davamlı təkmilləşdirilməsini təmin etmək.
Tələblər
• İnformasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil (magistr dərəcəsi üstünlük təşkil edir);
• İT xidmətlərinin idarə edilməsi, informasiya təhlükəsizliyi, şəbəkə və bulud texnologiyaları və İT layihələrinin idarə edilməsi üzrə beynəlxalq peşəkar sertifikatların (ITIL, CISSP, CISM, Cisco, Microsoft, AWS, PMP və s.) olması üstünlükdür;
• İnformasiya texnologiyaları sahəsində ən azı 5 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifələrdə minimum 3 il təcrübə;
• İT infrastrukturu, şəbəkə və server sistemləri, informasiya sistemləri, bulud texnologiyaları və İT xidmətlərinin idarə olunması üzrə yüksək nəzəri və praktiki biliklər;
• Microsoft 365, bulud texnologiyaları, korporativ informasiya sistemləri, məlumat analitikası və BI həlləri üzrə bilik və təcrübə;
• LMS, ERP və ali təhsil müəssisələrində istifadə olunan təhsil informasiya sistemləri ilə iş təcrübəsi üstünlük hesab olunur;
• İnformasiya təhlükəsizliyi, məlumatların qorunması, girişlərin idarə olunması, ehtiyat nüsxələmə, sistemlərin davamlılığı və bərpası üzrə bilik və təcrübə;
• İT layihələrinin idarə olunması, texnoloji həllərin qiymətləndirilməsi, sistemlərin tətbiqi və inteqrasiyası üzrə praktiki təcrübə;
• İT büdcəsinin və texnoloji resursların planlaşdırılması, təchizatçı və xidmət təminatçıları ilə işin idarə olunması təcrübəsi;
• Analitik və strateji düşünmə, planlaşdırma, prioritetləşdirmə, qərarvermə və problem həlli bacarıqları;
• Komandanı idarə etmək, məsuliyyət və səlahiyyətləri effektiv bölüşdürmək, müxtəlif struktur bölmələrlə əməkdaşlıq qurmaq və texniki məsələləri qeyri-texniki auditoriyaya aydın şəkildə təqdim etmək bacarığı;
• Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı; ingilis dilində texniki sənədlərlə işləmək və peşəkar səviyyədə yazılı/şifahi ünsiyyət qurmaq bacarığı (minimum B2 səviyyəsi).
Müraciət etmək üçün
Təklif etdiyimiz üstünlüklər:
• Rəqabətqabiliyyətli əməkhaqqı;
• Xankəndi şəhərində mənzil təminatı;
• Peşəkar inkişaf və beynəlxalq əməkdaşlıq imkanları.
İş yeri: Xankəndi şəhəri
Müraciət qaydası
Namizədlər CV-lərini və informasiya texnologiyaları sahəsi üzrə malik olduqları peşəkar sertifikatların surətlərini mövzu hissəsində “İnformasiya texnologiyaları şöbəsinin müdiri” qeyd etməklə [email protected] elektron poçt ünvanına təqdim edə bilərlər.
Qeyd: Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix
11 Sentyabr 2026