Vakansiya: İnformatika müəllimi

 

“Evrika” Beynəlxalq Elm və Texnologiya Liseyi 2025–2026-cı tədris ili üçün informatika müəllimi vəzifəsinə vakansiya elan edir. Axtardığımız namizəd peşəkar, innovativ düşüncəyə malik və şagird yönümlü yanaşmanı mənimsəmiş biri olmalıdır.

Əsas vəzifə öhdəlikləri:

İnformatika fənninin müvafiq siniflər üzrə tədrisi;

Müasir texnologiyalar və İKT vasitələri ilə interaktiv dərslərin hazırlanması və təşkili;

Şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi, müvafiq sənədləşmənin aparılması;

Rəqəmsal layihələrdə və texnologiya ilə bağlı məktəbdaxili tədbirlərdə iştirak;

Tədris prosesində innovativ və yaradıcı yanaşmalardan istifadə.

Namizəddən tələblər:

Ali pedaqoji və ya texniki təhsil (İnformasiya texnologiyaları və ya kompüter elmləri üzrə);

Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı; ingilis dili biliyi üstünlük hesab olunur;

Şagirdlərlə effektiv ünsiyyət qurmaq və komandada işləmək bacarığı;

Müasir tədris metodikalarına və texnoloji alətlərə dair biliklər.

Təklif etdiyimiz şərait:

Rəqabətqabiliyyətli əməkhaqqı;

Müasir və texniki cəhətdən tam təchiz olunmuş tədris mühiti;

Müntəzəm peşəkar inkişaf və təlim imkanları;

Beynəlxalq yanaşmaya əsaslanan, innovativ və inkişaf yönümlü iş mühiti.

 İş yeri: Bakı şəhəri

  Müraciət üçün: CV-lərinizi [email protected] elektron poçt ünvanına və ya WhatsApp vasitəsilə +994 55 553 76 63 nömrəsinə göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.