İngilis dilini sərbəst bilən, güclü ünsiyyət bacarıqlarına sahib, məsuliyyətli Communications Specialist axtarırıq.

 

Vəzifə öhdəlikləri

Potensial müştərilərlə ilkin əlaqələrin qurulması və effektiv kommunikasiya aparılması

E-mail, LinkedIn və digər platformalar vasitəsilə peşəkar yazılı ünsiyyətin həyata keçirilməsi

Müştərilərlə etibarlı və uzunmüddətli əməkdaşlıq münasibətlərinin formalaşdırılması

Kommunikasiya fəaliyyətlərinin izlənilməsi, nəticələrin analiz edilməsi və müvafiq hesabatların hazırlanması

Satış və biznes inkişafı fəaliyyətlərinə aktiv dəstək göstərilməsi

Beynəlxalq müştəri və tərəfdaş şəbəkəsinin genişləndirilməsinə töhfə verilməsi

 

Tələblər

İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı

Əlavə xarici dil bilikləri üstünlük hesab olunur

Güclü yazılı kommunikasiya (written communication) bacarıqları

Yüksək məsuliyyət hissi və intizamlı iş yanaşması

Detallara diqqət və nəticəyönümlü düşüncə tərzi

Güclü ünsiyyət və münasibət qurma bacarığı

Öyrənməyə açıq və inkişafyönümlü olmaq

Əvvəlki iş təcrübəsi mütləq tələb olunmur

Satış, müştəri əlaqələri (Client-facing) və ya biznes inkişafı sahəsində təcrübə üstünlük hesab olunur

 

İş şərtləri

Tam ştat (Freelance deyil)

Full Remote iş modeli

İş qrafiki: Həftəiçi, Bakı vaxtı ilə 09:00–17:00

İş yerinizin yerləşdiyi məkan məhdudiyyəti yoxdur – internet bağlantısı olan istənilən yerdən işləyə bilərsiniz

İş prosesi ərzində gün ərzində aktiv şəkildə laptop vasitəsilə onlayn olmaq tələb olunur

 

Təklif edirik

Rəqabətli kompensasiya paketi: Net əməkhaqqı + aylıq performans bonusları

Peşəkar təlim və davamlı inkişaf imkanları

Beynəlxalq biznes mühitində iş təcrübəsi qazanmaq imkanı

Satış, kommunikasiya və biznes inkişafı sahələrində karyera inkişafı üçün perspektiv

 

Müraciət

Maraqlanan namizədlər CV-lərini e-mailin mövzu (Subject) hissəsində "Communications Specialist" qeyd etməklə aşağıdakı e-mail ünvanına göndərə bilərlər:

 

 [email protected]

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.