İnnovasiya və startap layihələri üzrə Mütəxəssis (Junior level) vakansiyası
Universitet–Sənaye Əməkdaşlığı və Məzunlarla İş Mərkəzi olaraq komandamıza startap və innovasiya mühitini sevən, texnoloji düşüncəli və öyrənməyə açıq gənc mütəxəssis axtarırıq.
Bizə elə biri lazımdır ki,
• ideyaları dəyərləndirib onları layihə mərhələsindən MVP və ya prototip səviyyəsinə qədər inkişaf etdirə bilsin;
• tələbələr arasından ideyası və marağı olan gəncləri seçib ətrafında komanda formalaşdıra bilsin;
• innovasiya və startap sahəsində baş verən yenilikləri izləsin, araşdırsın və tətbiq edə bilsin.
Tələb olunan əsas bacarıqlar:
• Layihə planlaşdırma və idarəetmə;
• Analitik və innovativ düşüncə tərzi;
• İdeyanı məhsula çevirmə (MVP, prototip) yanaşması;
• “Pitch deck” hazırlamaq bacarığı;
• Komanda ilə işləmək və təşəbbüskarlıq;
• Startap və ya innovativ layihələrdə iştirak təcrübəsi mütləqdir.
Müraciət üçün: CV-ni və iştirak etdiyin layihə/ideya haqqında qısa məlumatı [email protected] ünvanına göndər.