Vakansiya: İnşaat mühəndisi
Şirkət: Huner Group
İş yeri: Bakı şəhəri
Tələblər:
Yaş həddi: 40-60 yaş
Təhsil: Ali təhsil (inşaat mühəndisliyi ixtisası üzrə)
Tikinti sahəsində praktiki iş təcrübəsi vacibdir
MS office AutoCAD, ArchiCAD proqramlarını əla səviyyədə bilməli (əlavə olaraq 3D Max, Corel Draw, Tekla proqramlarını bilən namizədlərə üstünlük veriləcək);
Azərbaycan dili sərbəst ( Rus dili və İngilis dili arzu olunandı)
Texniki sənədlərlə işləmək bacarığı
Məsuliyyətli, dəqiq və komanda ilə işləmək bacarığına malik olmalı
Vəzifə öhdəlikləri:
Tikinti və montaj işlərinin layihə, norma və texniki standartlara uyğun icrasına nəzarət etmək;
Layihə-smeta sənədləri ilə işləmək, texniki göstəriciləri təhlil etmək və düzgün tətbiqini təmin etmək;
Tikinti prosesinin gündəlik gedişinə nəzarət, iş qrafikinin icrasını təmin etmək;
İşçi briqadalarının fəaliyyətini təşkil və idarə etmək;
İş həcmləri, material sərfi və keyfiyyət göstəricilərinə nəzarət etmək;
Tikinti zamanı yaranan texniki problemləri operativ şəkildə həll etmək;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmasını təmin etmək;
Layihə rəhbərliyinə gündəlik və həftəlik hesabatların təqdim edilməsi;
Tikinti işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün prosesin koordinasiyası.
İş şəraiti:
İş qrafiki: 6 günlük iş həftəsi
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur
İş yeri: Bakı şəhəri, Huner Group layihələri üzrə
Nahar yeməyi: Şirkət tərəfindən təmin edilir
CV-lərinizi [email protected] ünvanına göndərin .
Mövzu hissəsində “İnşaat mühəndisi” yazmağınız xahiş olunur.