“Bakı Hotel Kompani” QSC inşaat və mühəndislik sahəsində gənc mütəxəssislərin peşəkar inkişafına dəstək məqsədilə ödənişli (Maaşlı)Təcrübə Proqramı elan edir.
Struktur bölmə: Mühəndislik şöbəsi
Ünvan: İzmir küçəsi, Hyatt Tower 2
Təcrübə sahələri:
Memarlıq
İnşaat mühəndisliyi
Elektrik mühəndisliyi
Mexanika və digər inşaat yönümlü ixtisaslar
Proqram haqqında ümumi məlumat:
Proqramın müddəti: 3-6 ay
Başlama tarixi: 01 oktyabr
Əmək müqaviləsi: Təcrübəçilərlə rəsmi əmək müqaviləsi bağlanacaq və ödəniş təyin olunacaq
Namizədlərə tələblər:
İnşaat sahəsində son kurs bakalavr və ya magistr tələbələri, yaxud yeni məzunlar;
Öz ixtisasında praktiki bacarıqlarını inkişaf etdirmək istəyən motivasiyalı gənclər;
Komanda ilə işləmək və məsuliyyətli yanaşma bacarığı.
Təcrübə proqramı çərçivəsində sizə təqdim olunacaq imkanlar:
Şirkət tərəfindən nahar
Təcrübə dövründə real layihələrdə iştirak və praktiki bacarıqların inkişafı;
Proqramı uğurla başa vuran şəxslərə gələcək iş imkanlarının dəyərləndirilməsi.
Real korporativ mühitdə təcrübə
Necə müraciət etməli?
Müraciət etmək istəyən namizədlər mövzu hissəsində “Təcrübə proqramı – müvafiq sahə” qeyd etməklə CV-lərini [email protected] e-mail ünvanına göndərməlidirlər.
Yalnız seçilmiş namizədlərə növbəti mərhələlər barədə əlavə məlumat veriləcək.