Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün İnsan resursları departamentinin Təlim-tədris mərkəzinə mütəxəssis axtarırıq! 

 

Namizəd Metropolitendə təlim proseslərinin daxili qaydalara uyğun təşkili, təlim otaqlarının və avadanlıqlarının hazır vəziyyətdə saxlanılması, təlim sonrası keyfiyyət dəyərləndirmə sorğularının aparılması, davamiyyət və hesabat məlumatlarının dəqiqliyinin təmin edilməsi sahəsində əsas rol oynayacaq.

 

Sizi hansı öhdəliklər gözləyir?

        İcbari təlim matrisinin hazırlanması və icrası;

        Dövri imtahanların təşkili və hesabatlılığın təmin olunması;

        Beynəlxalq sertifikatlarla bağlı sorğuların icrası;

        Təlimlərdə davamiyyətin izlənməsi və hesabatı;

        Təlimlərin keyfiyyət dəyərləndirilməsi;

        Təlim otaqlarının koordinasiyası;

        Daxili yazışmaları, sənədlərin saxlanması və arxivləşdirilməsini təşkil etmək, gündəlik operativ tapşırıqları icra etmək;

        Anbarın və təlim resurslarının idarə edilməsi.

 

Namizədlərdən tələblərimiz:

        Ali təhsil;

        MS Office ilə sərbəst işləmə bacarığı;

        İnsan resursları sahəsində sertifikat.

 

Metropoliten Sizə nə təklif edir?

        Sabit və etibarlı iş mühiti;

        Peşəkar komandada inkişaf və karyera imkanları;

        Metropolitendən ödənişsiz istifadə imkanı;

        Güzəştli nahar təminatı;

        “Metropolitan Apartments” və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda istirahət (güzəştli) imkanı;

        “Sağlam Ailə” Tibb Mərkəzində əməkdaşlar və onların birinci dərəcəli ailə üzvləri üçün güzəştli xidmət imkanları;

        Push30 üzvlüyü üzrə əməkdaşlar üçün xüsusi güzəşt imkanı;

        Psixoloji dəstək xidməti.

 

Müraciət üçün

Vakansiya üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə (https://hr.metro.gov.az/vacancy/5458) müraciətinizi tamamlaya bilərsiniz.

 

Müraciət üçün son tarix: 17 may 2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.