İnsan Resursları komandamıza işə qəbul üzrə mütəxəssis axtarırıq. 

 

Vəzifə adı: İşə qəbul üzrə mütəxəssis

 

İş funksiyaları:

 - İşəqəbul proseduruna uyğun olaraq kadr planlama və

işə qəbul prosesinin formalaşdırılması;

 - Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;

 - Mövcud vakant vəzifələr üzrə elan materiallarının hazırlanması, şirkətdaxili və şirkətxarici bütün mümkün kanallarda yerləşdirilməsinin təmin edilməsi;

 - İşə götürmə agentlikləri ilə tərəfdaşlığın qurulması;

 - Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;

 - Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;

 - İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;

 - İşəqəbulda dəyərləndirmə formalarının müəyyən olunması; 

 - İşə qəbul prosesini düzgün idarə edərək, yeni işçi barədə bütün məsul funksiyaların vaxtında məlumatlandırılması;

 - Şirkətdaxili işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət etmək;

 - Struktur dəyişiklikləri və ştat saylarının optimallaşdırılması zamanı sərbəstləşən işçilərin yeni ştatlara yerləşdirilməsi prosesini həyata keçirmək;

 - Sınaq müddəti planının hazırlanması və prosesin izlənilməsi;

 - İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək.

 - İşə qəbul fəaliyyəti və digər göstəricilər üzrə vaxtaşırı dəqiq hesabatların hazırlanması;

 

Namizədə tələblər:

 - Ali təhsil;

 - Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi (FMCG sahəsi üzrə arzuolunandır);

 - MS Ofis programlarında işləmə bacarığı;

 - Güclü ünsiyyət bacarığı;

 - Analitik düşünmə qabiliyyəti;

 - Nəticə yönümlülük;

 

 İş şərtləri:

 - İş qrafiki: 5 gün 09:00-18:00 (şənbə, bazar istirahət günü);

 - Nahar şirkət tərəfindən təmin edilir;

 - Əmək haqqı: 500-700 AZN.

 

Uyğun namizədlər CV-lərini "İşə qəbul üzrə mütəxəssis" başlığı qeyd etməklə [email protected] və ya [email protected] mail adresinə göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.